اخبار

Deputat: Sülhməramlı missiyalarda iştirak beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir

الكاتبabdulrahman-mustafaتاريخ النشر
Deputat: Sülhməramlı missiyalarda iştirak beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir

Deputat: Sülhməramlı missiyalarda iştirak beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir

Bakı, 2 iyul, AZƏRTAC

“Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı Azərbaycanın bu sahədə qazandığı təcrübəyə həsr olunub. Belə ki, son onilliklər ərzində sülhməramlı fəaliyyəti beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilib, münaqişələrin idarə olunması və postmünaqişə dövründə sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət daşıyıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Gülşən Paşayeva “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.

O qeyd edib ki, müasir beynəlxalq mühit mürəkkəb təhlükəsizlik çağırışları ilə xarakterizə olunur. Ənənəvi dövlətlərarası müharibələrlə yanaşı, daxili silahlı qarşıdurmalar, etnik və dini zəmində yaranan münaqişələr, terrorizm, humanitar böhranlar və qeyri-dövlət silahlı qruplarının fəaliyyəti beynəlxalq təhlükəsizlik gündəliyinin əsas mövzularına çevrilib. Belə şəraitdə sülhməramlı əməliyyatlar sabitliyin təmin edilməsinin vacib alətlərindən biridir.

“Bu gün Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına töhfə verən dövlətlərdəndir. Ölkəmizin sülhməramlı missiyalarda iştirakı beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Ordusunun peşəkar səviyyəsinin artırılması, kadr inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir”, – deyə deputat vurğulayıb.