اخبار

Günay Əfəndiyeva: Türk dövlətləri böyük və güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşirlər

الكاتبabdulrahman-mustafaتاريخ النشر
Günay Əfəndiyeva: Türk dövlətləri böyük və güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşirlər

Bakı, 2 iyul, AZƏRTAC

Türk dünyası hazırda tarixi mərhələ qət edir və bu gün türk dövlətləri böyük, güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşirlər. Türk xalqları tarix boyu repressiyalara, ağır sınaqlara məruz qalsalar da, öz milli kimliklərini, dillərini və mədəni irslərini qoruyub saxlamağı bacarıblar.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin yaradılması, “Birinci Türkoloji Qurultay: Stemoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay Bibilioqrafiya” kitablarının təqdimatında deyib.

G.Əfəndiyeva vurğulayıb ki, Türk dünyasının birliyi daha da möhkəmləndirilməli, ortaq tarix dərindən öyrənilməli və bu zəngin irs gələcək nəsillərə düzgün şəkildə çatdırılmalıdır.

Müxbir – Fidan Əlizadə
Fotoqraf – İlqar Cəfərov
Videooperator – İlham Nadirov