اخبار

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

الكاتبabdulrahman-mustafaتاريخ النشر
Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

Bakı, 2 iyul, AZƏRTAC

Futbol üzrə dünya çempionatında ABŞ millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

Oyunda 45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman fərqləniblər.

ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.