اخبار

Azərbaycan komandası Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında bürünc medal qazanıb

الكاتبabdulrahman-mustafaتاريخ النشر
Azərbaycan komandası Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında bürünc medal qazanıb

Bakı, 2 iyul, AZƏRTAC

İyunun 27-dən iyulun 2-dək Tunisdə keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən komanda bürünc medal qazanaraq uğurlu nəticəyə imza atıb.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, komandanın üzvü, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və Humanitar Fənlər Liseyinin XI sinif şagirdi Sumuraz Mirzəyev olimpiadanın bürünc medalına layiq görülüb. O, 2025-2026-cı tədris ilində respublika fənn olimpiadalarının da bürünc mükafatçısıdır.

Qeyd edək ki, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadası Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsi tərəfindən ötən tədris ilindən etibarən keçirilir. Yarışa seçim mərhələləri yerli və xarici mütəxəssislərin iştirakı ilə iki turda təşkil olunur. Bu il olimpiadada 20 ölkədən iştirakçılar mübarizə aparıblar.